SƏHİYYƏ

Keçmiş modeldən az müddətdə, pəhriz və idmansız arıqlamağın sirri

Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib.
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Britaniyalı keçmiş model pərəstişkarları ilə pəhriz və idman məhdudiyyətləri olmadan sürətli arıqlama sirrini paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, kiçik sirri barədə o, özünün "Instagram" səhifəsində yazıb.

Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib. Modelin sözlərinə görə, çəki itkisinin az olmasına baxmayaraq, onun bədəninin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

37 yaşlı model xüsusi bir pəhrizə riayət etmədiyini, lakin gündəlik iki keton içkisi içdiyini açıqlayıb.

Bu müddət ərzində idman etmədiyini deyən Lloyd karbohidrat qəbulunu azaltdığını vurğulayıb.

"Çəki itirməkdən əlavə, enerjili oldum, yuxum yaxşılaşdı və zehni aydınlıq əldə etdim", - deyə məşhur vurğulayıb.

Ketonlar - piylərin ayırdığı molekullardır. Karbohidrat pəhrizinə (məsələn, Atkins pəhrizi) keçdikdə ketonların səviyyəsi artır. 

Ketonlu içkilərin effekti onların bir müddət hüceyrələr üçün əsas qida mənbəyi qismində piy və qlükoza əvəzinə istifadəsindədir.