SƏHİYYƏ

Azərbaycanda COVID-ə yoluxanların sayı nisbətən artdı

Ölkəmizdə indiyədək ümumilikdə 226951 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 214423 nəfər müalicə olunaraq sağalıb, 2998 nəfər vəfat edib
Sputnik

BAKI, 16 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.   

Ölkəmizdə indiyədək ümumilikdə 226951 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 214423 nəfər müalicə olunaraq sağalıb, 2998 nəfər vəfat edib, aktiv xəstə sayı 9530 nəfərdir.

Son sutka ərzində 8574, hazırkı dövrədək isə 2 311 417 test aparılıb.

Qeyd edək ki, yanvarın 15-də yeni yoluxanların sayı 349, ölənlərin sayı 12 olmuşdu.