BAKI, 15 yanvar - Sputnik. Yumoristik "Yeralaş" kinojurnalının bədii rəhbəri Boris Qraçevski koronavirusdan ölüb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya yəhudi cəmiyyətlərinin İctimai Şurasının rəhbəri Borux Qorin məlumat verib.
Boris Qraçevski dekabrın sonunda COVID-19-a yoluxmuş və ağır vəziyyətdə Moskvadakı 52 saylı xəstəxanaya çatdırılmışdı.
Boris Qraçevski "Yeralaş" kinojurnalının rejissoru, ssenaristi, bədii rəhbəri, "Dam", "Notlar arasında və ya Tantrik simfoniya" filmlərinin müəllifi, eləcə də "Sosial reklam" layihəsinin və bir neçə sənədli filmin yaradıcısı olub.