QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident: Füzulidəki hava limanının uçuş-enmə zolağı bu il istifadəyə veriləcək – VİDEO

Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə yeni inşa ediləcək Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanı hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir.
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan Şuşa şəhərinə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda Azərbaycan Prezidenti bildirib:

"Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə yeni inşa ediləcək Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanı hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.