Litvadakı səfirimiz Tamerlan Qarayevin doğulduğu kənddən videoreportaj

Sözügedən kənd Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin doğma kəndidir.
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Müdafiə Nazirliyi işğaldan azad edilən Ağdam rayonunun Qasımlı kəndindən videogörüntülər yayıb. Sözügedən kənd Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin doğma kəndidir.

Tanınmış diplomat və hüquqşünas Tamerlan Yelmar oğlu Qarayev Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri olub. O, hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Ağdam rayonunun Qasımlı kəndindən çəkilmiş yeni videogörüntüləri təqdim edir.