SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Artıq Şuşaya rahat gedə biləcəyik - Prezident əmin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sputnik

BAKI, 15 yanvar — Sputnik. "Azərbaycan vətəndaşları rahat Şuşaya gedəcəklər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Şuşa şəhərinə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

"Burada heç vaxt yol olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə indi cəmi iki ay ərzində bu yolu açmışıq. Sonra əlbəttə ki, bu yol genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları rahat Şuşaya gedəcəklər",- deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.