CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan MN Azərbaycanla sərhəddə son durum barədə məlumat yaydı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ilə Müdafiə Nazirliyi iki gün ərzində sərhəddə yaşananlar barədə məlumat vermək məcburiyyətində qalıb
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Son iki gündə Ermənistan və Azərbaycan sərhədində heç bir insident qeydə alınmayıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

"13 və 14 yanvar tarixlərində Ermənistan Respublikasının bütün sərhədi boyu Ermənistan-Azərbaycan təmas xəttində sabit operativ vəziyyət qalıb", - deyə məlumatda qeyd olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) verilən məlumata görə isə, Bazarçay-Zeyvə yolunda heç bir sərhəd insidenti qeydə alınmayıb.