RUSİYA

Bunu da gördük: vaksinin akkauntunu bağladılar

Rusiya Birbaşa İnvestisiyalar Fondu bütün istifadəçilərdən Twitter-ə müraciət edərək hesabın qaytarılmasını xahiş etmələrini istəyib
Sputnik

BAKI, 14 yanvar - Sputnik. Rusiyanın koronavirus infeksiyasına qarşı "Sputnik V" peyvəndinin Twitter-dəki hesabı bloklanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb. 

"Twitter vasitəsilə biz peyvənd, onun xüsusiyyətləri haqda məlumatı bölüşürdük. Twitter üzərindən biz AstraZeneca-ya "Sputnik V" vaksininin komponentlərindən birindən istifadə etməyi təklif etdik və birgə kliniki sınaqlar keçirmək barədə razılığa gəldik". 
RBİF-in məlumatı

Fond bütün istifadəçilərdən Twitter-ə müraciət edərək hesabın qaytarılmasını xahiş etmələrini istəyib. Çağırışdan təxminən bir saat sonra hesaba qoyulan məhdudiyyət aradan qaldırılıb.