CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nizamini ICESCO da yad edəcək

"Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq"
Sputnik

 

BAKI, 14 yanvar — Sputnik. "Nizami Gəncəvi İli" ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, artıq İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: "Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".