CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusla adi pnevmoniyanın fərqi bəlli oldu

İnfeksiya yavaş-yavaş ağciyərlərə yayıldığı üçün zədələnmə yaradır və davamlı olaraq COVID-19 xəstələrində hərarət, aşağı qan təzyiqi müşahidə edilir.
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Alimlər COVID-19-la adi pnevmoniyanı müqayisə ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-dakı "Northvestern Medicine"-nin mütəxəssisləri COVID-19 pnevmoniyası olan xəstələrin ağciyərlərinin immun hüceyrələrini təhlil ediblər. Və onun adi penovmaniya - sətəlcəm xəstəliyi ilə müqayisəsini aparıblar. 

Onların fikrincə, ümumiyyətlə bakteriya və ya viruslar bir neçə saat ərzində ağciyərlərə yayıla bilir. Amma müasir dərmanlar bu problemin öhdəsindən gəlməyə qadirdir. SARS-CoV-2 isə ağciyərin geniş ərazilərinə sirayət etmir və kiçik bölgələrdə yerləşir. Daha sonra ağciyərlərin immun hüceyrələrini tutur və zamanla yayılır.

Bu prosesi elm adamları meşə yanğınının təsiri ilə müqayisə edib. İnfeksiya yavaş-yavaş ağciyərlərə yayıldığı üçün zədələnmə yaradır və davamlı olaraq COVID-19 xəstələrində hərarət, aşağı qan təzyiqi müşahidə edilir. Bununla yanaşı böyrək, beyin, ürək və digər orqanlara zərər verir. Nəticədə xəstəlik daha uzun müddət davam edir.

Bu səbəbdən də bədən üçün daha ağır nəticələrə səbəb olur.