CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Vladimir Putinin dostuna "Şöhrət" ordeni verdi

Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Məmmədhəsən oğlu Rəhimov "Şöhrət" ordeni ilə təltif edilib
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Məmmədhəsən oğlu Rəhimov "Şöhrət" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, tanınmış iş adamı, hüquqşünas İlham Rəhimov Azərbaycan cəmiyyətində Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu kimi tanınır.