Ermənistanda koronavirusa yoluxanların sayı 163 mini keçdi

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2951-ə çatıb. Xəstəlikdən sağalanların sayı 151246 nəfər olub.
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 163128-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Ermənistan prezidenti təcili xəstəxanaya aparıldı

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 485 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2951-ə çatıb. Xəstəlikdən sağalanların sayı 151246 nəfər olub. Hazırda bu ölkədə 8 216 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91,5 milyonu keçib, 1,96 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.