BAKI, 13 yanvar — Sputnik. Diyarbəkirin Silvan vilayətinin Diclə Universiteti tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Anadolu (Rum) Səlcuq sultanı I Qılıçarslan və qızı Səidə Xatunun məzarları tapılıb.
Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, dəyərli tapıntılar Orta Çeşmə Parkının ərazisində aşkar olunub. Doqquz gün davam edən təmizləmə işləri nəticəsində hər iki məzar tam olaraq üzə çıxarılıb. Alimlər bu tapıntıların bölgə və bütövlükdə türk tarixi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.