RUSİYA

Qarabağ xanının qızı haqqında məlumat Rusiyanın məşhur portalında yayımlandı

Daim yenilənən portal mütəmadi olaraq öz səhifələrində Xaruki Murakami, Xorxe Luis Borxes, Anna Axmatova kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Rusiyanın populyar "author.today" ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi, Qarabağ xanlığının hökmdarı İbrahimxəlil xanın qızı, Fətəli şahın xanımı Ağabəyim Ağanın həyatı və yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Dövlət Tərcümə Mərkəzi yayıb.

Qeyd edək ki, daim yenilənən portal mütəmadi olaraq öz səhifələrində Xaruki Murakami, Xorxe Luis Borxes, Anna Axmatova kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.