Müdafiə Nazirliyi Qarabağda bugünkü atışma ilə bağlı iddiaya aydınlıq gətirdi

Ermənistan KİV 20 yaşlı erməni əsgərin Qarabağda yaralanması barədə həşir qaldırıb. İddiaya görə, onu Azərbaycan əsgərləri yaralayıblar
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir.

"Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb", - deyə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.