BAKI, 12 yanvar — Sputnik. Əməkdar artist Sevda Ələkbərzadə yeni mahnı və klipini təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Hisslərim dumanda" adlı mahnısını ekranlaşdırıb.
Sənətçi yeni işi ilə bağlı: ""Hisslərim dumanda" bu ilin ilk albomu olmaqla yanaşı, həm də Azərbaycanda olmayan bir iş üslubu ilə fərqlənir. Belə ki, albomda 4 mahnı var. Onların biri orijinal, digər 3 versiya isə bu mahnının fərqli musiqi üslubunda olan remiksləridir. Qələbədən sonra ilk işim", - sözlərini deyib.
Mahnının söz və musiqisi Sheyh Ree tərəfindən yazılıb. Ekran işinin rejissorluğunu Fərhad Əli edib.