İngiltərə xarici işlər naziri: "Çinin uyğur türklərinə münasibəti barbarlıqdır"

Dominik Raab bu ölkədə uyğurların zorla işlədilməklə istehsal olunan məhsullarının idxalına qadağa qoyulacağını bildirib.
Sputnik

BAKI, 12 yanvar — Sputnik. İngiltərənin xarici işlər naziri Dominik Raab Çinin uyğur türklərinə münasibətinin barbarlıq səviyyəsində olduğunu bildirib.

Sputnik Azərbaycan-ın Anadolu agentliyinə istinadla yaydığı xəbər görə, nazir bu ölkədə uyğurların zorla işlədilməklə istehsal olunan məhsullarının idxalına qadağa qoyulacağını bildirib.