CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyalarla bağlı şad xəbər

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıbBakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.