İQTİSADİYYAT

Bu ildən yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında nəzərdə tutulub

"Yer təki sahələri iki halda – hərraclar və müsabiqələr keçirməklə ayrılır. Nazirlər Kabinetinin müəyyən etdiyi hallar var ki, onda yer təki sahəsi birbaşa ayrılır".
Sputnik

 

BAKI, 12 yanvar — Sputnik. "Bu il yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı müvafiq yer təki sahələrini seçib.

"İstismara hazır olan yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir. Yekunda geniş məlumat ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda nazirliyin rəsmi saytında hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək"-deyə o bildirib.

O, bildiirb ki, həmin sahələr qeydiyyatdadır və istismara hazırdır. Həmin sahələr müvafiq icra hakimiyyəti qurumaları ilə razılaşdırma mərhələsindədir. Bu proses başa çatdıqdan sonra tezliklə bununla bağlı məlumat olacaq. Eyni zamanda, hərrara çıxarılacaq yataqlar haqqında məlumat yerləşdiriləcək: " Yer təki sahəsindən istifadə hüququ qazanmaq üçün hərraclarda iştirak etmək lazımdır. Yer təki sahələri iki halda – hərraclar və müsabiqələr keçirməklə ayrılır. Nazirlər Kabinetinin müəyyən etdiyi hallar var ki, onda yer təki sahəsi birbaşa ayrılır".