CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərxis edilən hərbçilərlə bağlı yaradılan komissiya fəaliyyətə başlayıb

Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırılması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırılması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.