RUSİYA

Rusiya lideri Qarabağdakı hazırkı vəziyyəti qiymətləndirib

"Bu gün Qarabağda vəziyyətin nizamlanmasına dair növbəti addımları müəyyənləşdirmək lazımdır. Bura sülhməramlılar və sərhədlərin demarkasiyası da daxildir".
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Rusiya prezidenti Vladimr Putin hazırda Qarabağda sakit vəziyyətin hökm sürdüyünü bildirib. O bu barədə yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üştərəfli görüşündə bəyan edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verir ki, Rusiya prezidenti, həmçinin bildirib ki, bu gün Qarabağda vəziyyətin nizamlanmasına dair növbəti addımları müəyyənləşdirmək lazımdır. Bura sülhməramlılar və sərhədlərin demarkasiyası da daxildir.

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əlİyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.