CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərhum xanəndənin Ağdamda məzarı tapılıb

Onun qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra ifaçının doğulduğu Abdal Gülablı kənd işğal olunub.
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Azərbaycanın mərhum xənandəsi Səxavət Məmmədovun Ağdamdakı məzarı ziyarət edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onun qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra ifaçının doğulduğu Abdal Gülablı kənd işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.

Səxavət Məmmədov bir gün yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında olub. Yuxudan durub və deyib: "Mən öləcəm". Bu yuxudan bir ay sonra vəfat edib.