RUSİYA

Moskvada Ermənistanın səfirliyi önündə aksiya – "Paşinyan türkdür" – VİDEO

Onlar "Xalq – bizik və biz sənə qarşıyıq", "Nikol türkdür", "Stop Nikol" yazıları olan plakatlar yerləşdiriblər.
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Ermənistanın Rusiyadakı səfirliyi önündə Baş nazir Nikol Paşinyanın istefa tələbi il aksiya keçirilir. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Belə ki, səfirliyin önündə yığışan onlarla şəxs Paşinyanın Moskva səfərinə və onun erməni xalqı adından hər hansı bir sənədi imzalamasına qarşı çıxırlar.

Onlar "Xalq – bizik və biz sənə qarşıyıq", "Nikol türkdür", "Stop Nikol" yazıları olan plakatlar yerləşdiriblər.

Etrazçıları bildiriblər ki, onlar Baş nazirin prezident İlham Əliyevlə görüşünü deyil, onun istefasını gözləyirlər. Etirazçılar həmçinin Paşinyanın istefası ilə bağlı petisiyaya da imza toplayıblar.