MƏDƏNİYYƏT

"Maqomayev" serialının aktyoru vəfat edib

Bramatkin teatrda çalışmaqla yanaşı, 60-dan çox serial və kinoda müxtəlif obrazlar yaradıb. Son dəfə "Sadə həqiqətlər", "Maqomayev" seriallarında çıxış edib
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Rusiyalı teatr və kino aktyoru Maksim Bramatkin vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı aktyorun ölümünə səbəb keçirdiyi hipertonik ağırlaşma olub. Yaxın dostlarının verdiyi xəbərə görə, Maksim bir həftə əvvəldən özünü pis hiss edib.

Mərhum aktyor 1980-ci il yanvarın 5-də Moskvada anadan olub. Şukin adına Ali Teatr Məktəbində təhsil alıb. Teatrda çalışmaqla yanaşı, 60-dan çox serial ve kinoda müxtəlif obrazlar ifa edib.

Son dəfə "Sadə həqiqətlər", "Maqomayev" seriallarında çıxış edib.