QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xüsusi üçtərəfli işçi qrupu Qarabağda nə üçün lazımdır?

"Bölgədə iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa edilməsi, sərhədlərin açılması vəzifəsinə xüsusi diqqət yetirilməlidir".
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Dağlıq Qarabağda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupu məşğul olacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadla bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin üç ölkənin dövlət başçılarının Moskvada baş tutan görüşündə məlumat verib.

"Bölgədə iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa edilməsi, sərhədlərin açılması vəzifəsinə xüsusi diqqət yetirilməlidir. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupunun bu məsələlərlə məşğul olacağı nəzərdə tutulur", – deyə Rusiya prezidenti bəyan edib.