SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyevlə Paşinyan Moskvada görüşəcəklər - Kreml

Bildirilir ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər. 
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasıənda üçtərəfli danışıqlar aparılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər. 

Məlumata görə, Putin sabah Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.