QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sabah Moskvada nələr müzakirə olunacaq?

Siyasətçi mümkün mövzular sırasında ərazi və kommunikasiyalar üzərindəki blokadanın götürülməsi, eləcə də qoşunların çıxarılmasını göstərib.
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Sabah, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü Qarabağ razılaşması üzrə mübahisəli məsələlərə həsr olunacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə şərhində "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Əliyevlə Paşinyan Moskvada görüşəcəklər - Kreml

Siyasətçi mümkün mövzular sırasında ərazi və kommunikasiyalar üzərindəki blokadanın götürülməsi, eləcə də qoşunların çıxarılmasını göstərib.

Qeyd edək ki, bu gün Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər. 

Məlumata görə, Putin sabah Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın sözlərinə görə, sabah Moskvada liderlərin görüşündə Qarabağla, yaxud ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmur.

Görüşlə bağlı V.Putin ATƏT-in Minsk qrupunun digər həmsədri qismində Fransa Prezidenti Emmanuel Makronu da məlumatlandırıb.