Qırğızıstanın prezidentinin kim olacağı aydınlaşır

Bu arada Bişkekin mərkəzindəki Ala-Too meydanında konsert üçün avadanlıq yerləşdirilib. Amma onun kimin şəninə təşkil olunduğunu heç kim bilmir. 
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Qırğızıstanda keçirilən prezident seçkisində avtomatik sayan urnaların bülletenlərin 75.1%-ni emal etməsindən sonra Sadır Japarovun lider olduğuni MSK bəyan edib. 

Sputnik Qırğızıstan-ın məlumatına görə, dövlət başçısının vəzifələrinin sabiq müvəqqəti icraçısı səslərin 80.66%-ni alaraq birinci turda qalib gəlir. 

İkinci yerdə 6.6% səslə Adaxan Madumarovdur.

Seçki məntəqələri saat 20:00-da bağlanıb. Amma bülletenlərin sayılması davam edir, çünki avtomatik sayan urnalardan başqa, əllə sayım da var. 

Qazaxıstanda səsvermə: boykot, göysifət çılpaq adam, ayılar, Qrinç - VİDEO

Bu arada Bişkekin mərkəzindəki Ala-Too meydanında konsert üçün avadanlıq yerləşdirilib. Amma onun kimin şəninə təşkil olunduğunu heç kim bilmir. 

Qırğızıstanda prezident seçkisi ilə yanaşı, eyni zamanda dövlət idarəçiliyinin seçimi də aparılırdı. MSK-nın məlumatına görə, bülletenlərin 75%-nin sayılmasından sonra vətəndaşların 80%-nin prezident idarəçilik formasına üstünlük verdiyi bəlli olub.

Bir sıra namizədlər isə jurnalistlərə bildiriblər ki, prezident seçkisinin nəticələrini tanımırlar. 

İknci yerdə olan Adaxan Madumarov 24.kg informasiya agentliyinə bildirib ki, elektron məlumatlarla bağlı pozuntular olub və "mütəxəssislər yaxın vaxtda baş verənlərin bütün mahiyyətini ortaya qoyacaqlar". 

Səsvermənin nəticələrinə görə 5-ci yerdə qərarlaşan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri Abdil Segizbayev də seçkinin təzyiq altında və bərabər olmayan şərtlərlə keçirildiyini deyib.

MSK-ya isə 40 mümkün qanun pozuntusu barədə şikayət daxil olub. Qurumun rəhbəri Nurjan Şayldabekova mətbuat konfransında bildirib ki, bütün şikayətlərə qanunla müəyyən edilmiş qaydada baxılacaq.