Qərb qonşumuz meşə yanğınlarının əlində qalıb

Gürcüstanın müxtəlif bölgələrində bu səhər altı alovlanma mənbəyi aşkarlanıb. Yanğının söndürülməsində 500-dən çox yanğınsöndürən iştirak edib
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Ötən gecə ərzində gürcü yanğınsöndürənlər Mamati kəndində (Quriya bölgəsi) və Aspindz bələdiyyəsində (Samsxe-Cavaxetiya) iki meşə yanğınını söndürə biliblər.

Sputnik Gürcüstan-ın məlumatına görə, Sameqrelo-Zemo Svaneti rayonundakı yanğın isə davam edir. Ölkənin Fövqəladə Halların İdarəedilməsi Xidmətindən bilidirilib ki, səhərə yaxın yanğın lokallaşdırılıb, hazırda tam söndürülməsi üzrə işlər aparılır.

Qərbi Gürcüstanda quru və küləkli hava yanğının söndürülməsinə mane olur. 

Gürcüstanın müxtəlif bölgələrində bu səhər altı alovlanma mənbəyi aşkarlanıb. Yanğının söndürülməsində 500-dən çox yanğınsöndürən iştirak edib.

DİN əhalini tarlalarda, əkin sahələrində otları yandırmaqdan çəkindirib. Yanan otun sürətlə böyüyən fəlakətə çevrilərək yaşayış evlərinə də ziyan vuracağı vurğulanıb.