Lukaşenkonun bircə dostu varmış

"Mən onu öz dostum hesab edirəm, bu il o sübut elədi ki, təkcə mənim deyil, belarus xalqının da dostudur. Səmimi deyirəm"
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Rusiya lideri Vladimir Putindən savayı dostu yoxdur. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, "Rossiya 1" telekanalına müsahibəsində deyib.

"Mən onu öz dostum hesab edirəm, bu il o sübut elədi ki, təkcə mənim deyil, belarus xalqının da dostudur. Səmimi deyirəm", - Lukaşenko söyləyib.

"Başqa dostlarınız da varmı?" sualına Lukaşenko mənfi cavab verib. Üstəlik, sualı ağır adlandırıb.

"Ağır sualdır, çox fikirləşmişəm bu haqda, amma belə yəqin eləmişəm ki, yoxdur", - Belarus lideri deyib.

Ancaq dövlət başçısı əlavə edib ki, "düşməni çoxdur".

Siyasət məsələlərinə toxunan Lukaşenko Minskin Vaşinqtonla münasibət qurmaq niyyətini də açıqlayıb. 

"Biz onlarla münasibət qurmaq istəyirik və bunu edəcəyik", - o deyib.

"Bəs ABŞ sizinlə münasibət qurmaq istəyirmi?" sualına isə Lukaşenko özünəməxsus tərzdə: "İatəmirlərsə də istəyəcəklər", - deyə cavab verib.