VİDEO

Alban dədələrimizdən yadigar: Kəlbəcər rayonunun Daşbulaq kəndi - VİDEO

Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Kəlbəcər rayonunun Daşbulaq kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Daşbulağın əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilsələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulub. 1956-cı ildə kəndin adı yenidən dəyişdirələrək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd adlandırılıb. 1992-ci ildə kəndin əvvəlki adı - Daşbulaq bərpa edilib.

Vikipediyanın məlumatına görə, kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santimetr hündürlüyündədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulub. Hər bir vannanın üzərində qədim alban hərfləri ilə yazılmış mətn vardır. Yazılar hər bir vannanın bütöv üstünü əhatə edirdi. Bulaqdan axan su əvvəl vannanın birinə axırdı, o vanna dolandan sonra su ilə açılmış xarım vasitəsilə o biri vannaya tökülürdü. Kənd camaatı bu vannalardan ancaq içməli su qabı kimi istifadə edirdi. Bu vannalardan bəzən yemək yağı, qatıq və pendir saxlanan tuluq və dəriləri yumşaltmaq üçün də istifadə edirdilər. Həmin tuluqları bu vannalarda bir neçə gün suyun içərisində saxlayırdılar, tuluq yumşalandan sonra öz əvvəlki işlək halına düşürdü. Kəndin adının Daşbulaq olması bu iki qoşa daş vannası olan bulağın adı ilə bağlıdır.