SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dörd il sonra onu görməyəcəyik

Ancaq Ağ Ev başçısının partiyadaşları əmindirlər ki, Tramp yenidən prezident seçilmək istəməsə də bu mövzunu ələ sala bilər.
Sputnik

BAKI, 11 yanvar - Sputnik. ABŞ-ın fəaliyyətdə olan  Prezidenti Donald Trampın ətrafındakı yaxın adamları hesab edirlər ki, 2024-cü ildəki prezident seçkisində o, namizədliyini irəli sürməyəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Politico qəzeti yazır.

Noyabrda məlumat yayılmışdı ki, Tramp 2024-cü ildə yenidən seçilmək üçün namizədliyini verəcək. Ancaq qəzetin mənbələrinin sözlərinə görə, Tramp tədricən bu ideyadan daşınıb, çünki o, əlavə olaraq maliyyə sənədlərini dərc etməli olacaq, bu isə davam edən cinayət və mülki araşdırmalarının, məhkəmə iddialarının qarşısında onu aciz duruma salacaq.

Amerikanı təhdid edən cəhalət

"2024-də o olmayacaq", - Trampın dostu deyib.

Ancaq Ağ Ev başçısının partiyadaşları əmindirlər ki, Tramp yenidən prezident seçilmək istəməsə də bu mövzunu ələ sala bilər.

Yanvarın 6-da ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Trampın tərəfdarları sonuncu prezident seçkisinin nəticəsinin təsdiq olunduğu ABŞ Konqresinin binasına hücum ediblər. Qarşıdurmada 5 nəfər ölüb. Son məlumatlara görə, hücumda iştirak edən 55 nəfərə cinayət işi açılıb.

Bu fonda Nümayəndələr palatasının məhkəmə işləri üzrə komitəsinin rəhbəri Cerri Nadler Trampa sadələşdirilmiş qaydada impiçment tətbiq etmək təşəbbüsünü irəli sürüb. 

Yanvarın 7-də ABŞ Konqresi demokrat Co Baydenin noyabrın 3-də keçirilmiş prezident seçkisində qələbə qazandığını təsdiqləyib. Bayden 270-dən çox seçici səsi toplayıb.