BAKI, 11 yanvar - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş cari ili 1945-ci illə müqayisə edib. Çünki bu gün "koronavirusla müharibə gedir".
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti yazır.
"Bu gün biz elə bir an yaşayırıq ki, sanki 1945-ci ildəyik... Bugünkü müharibə mikroskopik virusa qarşıdır. Sabah isə kiberfəzada terrorçulara qarşı müharibə başlaya bilər", - baş katib söyləyib.
O vurğulayıb ki, dünya iqlim dəyişikliyi ilə mübarizədə də uduzur.
Dünyada pandemiya başlayandan 90 milyondan çox insan koronavirusa yoluxub, 64 milyon insan sağala bilib, 1,9 milyondan çox xəstə isə dünyasını dəyişib.