MƏDƏNİYYƏT

Azərbaycan gözəli anoreksiyaya mübtəladır, 38 kq-a düşüb

Tanınmış azərbaycanlı model Səmra Hüseynova onu narahat etməyi, həyəxanlandırmamağı xahiş edib, çünki yayın əvvəlinədək əvvəlki çəkisini qaytarmaq istəyir
Sputnik

BAKI, 11 yanvar - Sputnik, Kəmalə Əliyeva. "Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynova etiraf edib ki, anoreksiyadan əziyyət çəkir və hazırda çəkisi 38 kq-dır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Instagram səhifəsinin hekayələr bölümündə məlumat verib. Onun sözlərinə görə, bir çox modellər bu xəstəlikdən əziyyət çəkirlər. İndi Hüseynova çıkisini artırmaq üçün əlindən gələni etdiyini deyir.

Azərbaycan gözəli anoreksiyaya mübtəladır, 38 kq-a düşüb

"Model karyerasının minuslarından biridir. Həyəcanlanmaq olmaz. Hamıdan mənə dəstək olmağını istəyirəm, pis xəbərlər deməyin, həyəcanlanmaq olmaz. Yaya qədər əvvəlki Səmra olmaq niyyətim var", - model yazıb.

Səmra Hüseynova Azərbaycan modelləri arasında ən ekstravaqantlardan sayılır. O, istənilən eksperimentə hazırdır. Dəb nümayişlərində iştirak edir, tanınmış brendlərin reklam çarxlarında çəkilir. Model tez-tez açıq-saçıq fotolayihələrdə iştirak edir və onları sosial şəbəkədə paylaşmaqla böyük rezonans yaradır.