İsa Həbibbəyli vəzifəsindən azad edilib

Qərar nəticəsində akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
Sputnik

BAKI, 9 yanvar - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.

Qərar nəticəsində akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

Qeyd edək ki, İsa Həbibbəyli həm də Azərbaycan Milli Məclisinin deputatıdır.