Trampın hesabını bloklamaq "Twitter"ə baha başa gəlib

Qeyd edək ki, bir müddət əvvəl onun "Facebook", "Instagram", "Twitch", "Snapchat" səhifələri bloklanmışdı.
Sputnik

BAKI, 9 yanvar — Sputnik. "Twitter" sosial şəbəkəsinin aksiyalarının dəyəri ABŞ prezidenti Donald Trampın hesablarını dondurduqdan sonra 4 faiz azalıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkənin səhmələri 3.77 faiz artıb. Ötən gün səhmlərin 49.54 dollara satıldığı bildirilir.

Bir müddət əvvəl "Twitter" rəhbərliyi "şiddətə daha çox təhrik etmə riski üzündən" Trampın hesabına girişi bloklayıb.

Bundan sonra isə Trampın seçki qərargahının hesabı qapadılıb. Qeyd edək ki, bir müddət əvvəl onun "Facebook", "Instagram", "Twitch", "Snapchat" səhifələri də bloklanmışdı.