"Twitter" Xameneinin paylaşımını silib

İranın Ali Rəhbəri "Twitter" hesabından ABŞ və Böyük Britaniyada istehsal edilən koronavirus (COVID-19) peyvəndlərinin etibarsız olduğu yazılıb.
Sputnik

BAKI, 9 yanvar — Sputnik. "Twitter" İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin hesabından edilən paylaşımı silib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İranın Ali Rəhbəri "Twitter" hesabından ABŞ və Böyük Britaniyada istehsal edilən koronavirus (COVID-19) peyvəndlərinin etibarsız olduğu yazılıb. "Twitter" qaydalarını pozduğuna görə bu paylaşım silinib.

Bəzi istifadəçilər "Twitter"i Xameneinin hesabından edilən bu paylaşımı silməyə çağırıblar. Həmin istifadəçilər bu paylaşımda "Qərbdə istehsal olunan peyvəndlər haqqında səhv məlumatlar olduğunu" səbəb göstərib.

Qeyd edək ki, Xamenei ABŞ və Böyük Britaniya istehsalı olan koronavirus peyvəndlərinin etibarsız olduğu səbəbindən İrana gətirilməsini qadağan edib. O peyvənd məsələsində Fransaya da güvənmədiyini söyləyib.

İran liderinin açıqlamasının ardından İran Qızıl Aypara Cəmiyyəti ABŞ-da "Pfizer" şirkətindən 150 min doza koronavirus peyvəndinin alınması sifarişini ləğv etdiyini açıqlayıb.