"Twitter" Trampın hesabını dondurmasına aydınlıq gətirdi

"Twitter" heç bir hesabın qaydalardan daha ali olmadığını və platformanın şiddətə təhrik etmək üçün istifadə edilə bilməyəcəyini xatırladıb.
Sputnik

BAKI, 9 yanvar — Sputnik. "Twitter" ABŞ prezidenti Donald Trampın hesabını birdəfəlik dondurub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkənin özü xəbər yayıb:

""@RealDonaldTrump" hesabının son yazılarını və onu əhatə edən konteksti diqqətlə nəzərdən keçirdikdən sonra şiddətə təhrikin bundan sonra da davam etmə riski səbəbindən hesabı həmişəlik dondurduq. Bu həftənin dəhşətli hadisələri fonunda "Twitter" qaydalarının pozulmasının belə nəticələnə biləcəyini açıq şəkildə bildirilib".

"Twitter" heç bir hesabın qaydalardan daha ali olmadığını və platformanın şiddətə təhrik etmək üçün istifadə edilə bilməyəcəyini də vurğulayıb.

"Twitter"də və başqa şəbəkələrdə yanvarın 17-də iğtişaşlar və hücumlara dair təkliflər də daxil olmaqla, gələcəkdə silahlı etiraz planları yayılmağa başlayıb", - deyə məlumatda bildirilib.