Qoca krala da koronavirusa qarşı peyvənd vurulub

Səudiyyə mətbuatının yazdığına görə, peyvəndləmədən sonra 85 yaşlı kralın səhhətinin necə olduğu hələlik məlum deyil.
Sputnik

BAKI 9 yanvar - Sputnik. Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdul Əziz Al Səuda koronavirusa qarşı peyvənd vurulub.

Sputnik Azərbaycan Səudiyyə mətbuatına istinadla xəbər verir ki, peyvəndləmədən sonra 85 yaşlı kralın səhhəti barədə məlumat verilməyib.

Səudiyyə Ərəbistanında “Pfizer/BioNTech” istehsalı olan peyvəndlər ötən ilin dekabrın əvvəlindən rəsmən qeydiyyatdan keçirilib. Ölkədə peyvəndləmə dekabrın 17-də başlayıb. Dövlət rəsmilərindən ilk olaraq -  dekabrın 25-də Səudiyyə vəliəhdi, Baş nazirin birinci müavini və müdafiə naziri Məhəmməd bin Salman Al Səud peyvənd edilib.