SƏHİYYƏ

Hansı qan qrupunun infeksiyalara qarşı immuniteti güclüdür

Qan qrupu insan bədəninin virus infeksiyası zamanı interferonu necə istehsal edə biləcəyinə təsir göstərir ki, bu da birbaşa immun sistemi ilə əlaqəlidir
Sputnik

 

BAKI, 9 yanvar — Sputnik. Alimlər infeksiyalara qarşı xüsusi güclü immuniteti olan qan qruplarını açıqlayıblar.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu, ilk növbədə dördüncü qan qrupunun daşıyıcılarına aiddir.

Yuxarıda göstərilən qan qrupuna aid şəxslərdə orqanizm invaziv viruslarla, bakterial maddələrlə, bəzi kimyəvi birləşmələrlə mübarizə aparan interferon proteinini daha fəal istehsal edir.

Alimlər müəyyənləşdiriblər ki, dördüncü qan qrupu daşıyıcıları arasında müvafiq halların 92 faizində interferon yaxşı istehsal olunur.

Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, "Qan qrupu insan bədəninin virus infeksiyası zamanı interferonu necə istehsal edə biləcəyinə təsir göstərir ki, bu da birbaşa immun sistemi ilə əlaqəlidir".

Birinci və üçüncü qan qrupları olan insanlar da infeksiyalara qarşı kifayət qədər güclü immun sisteminə malikdirlər. Onlarda interferonun istehsal göstəriciləri müvafiq olaraq 80 və 91 faiz təşkil edir.

İkinci qan qrupuna gəldikdə isə mütəxəssislərin fikrincə, müvafiq halların 40 faizində immun sistemi üçün zəruri olan zülal az istehsal olunur. Qeyd olunmalıdır ki, digər qruplardan fərqli olaraq bu qan qrupu yoluxucu xəstəliklərə meyllilik də yarada bilər.