CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"WhatsApp"-a edilən yenilik sirlərinizi ortaya tökəcək

Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, "ailə"yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir
Sputnik

BAKI, 8 yanvar — Sputnik. "WhatsApp" mesencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndinə görə, istifadəçi öz şəxsi məlumatlarını "Facebook" şirkətinə təqdim etməlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "WhatsApp" mesenceri fərdi məlumatların "Facebook"-a ötürülməsi ilə bağlı bir bənd əlavə edərək istifadəçi razılaşmasını yeniləyib.

Yeni bəndə görə, "Facebook" şirkətinin bir parçası olan "WhatsApp" öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin "tətbiqlər ailəsi" ilə paylaşacaq.

Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.

Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, "ailə"yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.

Xatırladaq ki, "Facebook" korporasiyasına "Instagram" və "Facebook Messenger" daxildir.