CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burada "arşın" işə yarayır - nazirliyə şikayət eləməzdən qabaq ölçün

"Onların texniki pasportunda qeyd olunur ki, mənfi təsirlər 2 metrdən artıq dairədə olur. Yəni, əhatə dairəsi mövcuddur"
Sputnik

BAKI, 8 yanvar — Sputnik. "Mobil operatorlar tərəfindən yerləşdirilən antenlərlə bağlı "Qaynar Xətt"ə 17 şikayət daxil olub".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan "Ekspert saatı"nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, Operativ Monitorinq Mərkəzinin mütəxəssisləri hər bir şikayəti araşdırmaq məqsədilə ölçü işləri aparıblar: "Bu şikayətlərdən 16-sında orada şüalanma norma daxilində müəyyən olunub. Bu qurğuların müəyyən texniki parametrləri var. Onların texniki pasportunda qeyd olunur ki, mənfi təsirlər 2 metrdən artıq dairədə olur. Yəni, əhatə dairəsi mövcuddur. Bu məsələyə dövlət nəzarəti Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir".