CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad olunmuş torpaqlar qiymətləndirilir

"Bizim nümayəndələr işğaldan azal olan regionlarda qiymətləndirmə işlərini davam etdirirlər. İşlərin nəticələri analiz olunandan sonra ictimaiyyətə açıqlanacaq".
Sputnik

BAKI, 8 yanvar — Sputnik. "İşğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkəni bərpa etmək arzumuzdur". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan "Ekspert saatı"nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ETSN bu istiqamətdə bütün lazımi addımları atacaq: "Bizim Qarabağ bölgəmizdə 1990-cı ilə qədər 10 hidrometeoroloji stansiya, 3 radiometeoroloji stansiya, 15 hidroloji, 2 aqrometeoroloji və 16 atmosfer proseslərinə fəal təsir göstərən məntəqələrimiz fəaliyyət göstərirdi".

U.Tağıyeva xatırladıb ki, işğal altında olan ərazilərdə su ehtiyatları ilə bağlı vəziyyətin qiymətləndirilməsi, həmçinin ətraf mühitə dəyən ziyanı qiymətləndimək üçün xüsusi komissiya yaradılıb: "Bizim nümayəndələr işğaldan azad olan regionlarda qiymətləndirmə işlərini davam etdirirlər. İşlərin nəticələri analiz olunandan sonra ictimaiyyətə açıqlanacaq".