SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: "Baş verənlər dünya ictimaiyyətini şoka saldı"

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 2 nəfər həlak olub. Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Bu həftə ABŞ Konqresində baş verən qarşıdurmalar dünya ictimaiyyətini şoka saldı. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Demokratiyanın beşiyi adlandırılan Amerikada baş verən bu proses həqiqətən dünya ictimaiyyətini şoka saldı. Ölənlərin ailələrinə səbir, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayıram", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, yanvarın 6-sı Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

WP: Kapitolidə tutulanlardan birinə məhkəmədə rus dilindən tərcüməçi lazım olub

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 2 nəfər həlak olub. Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib. Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar. Məlumata görə, Los-Ancelesdə də prezident seçkilərinin nəticələrinin ləğvi tələbi ilə bağlı keçirilən mitinqin gedişatında polislə kütləvi toqquşmalar olub.