Xocavənd rayonu yol qəzaları xronikasına da düşdü

Böyük Tağlar kəndi ərazisində Ağstafa rayon sakini E.Qarayev idarə etdiyi "KamAZ" markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Xocavənddə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbat xidmətindən verilən məlumata istinadla xəbərə verir ki, rayonun Böyük Tağlar kəndi ərazisində Ağstafa rayon sakini E.Qarayev idarə etdiyi "KamAZ" markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.