CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə Azərbaycanda üç aviabaza qurur? RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır - MN
Sputnik

BAKI, 8 yanvar - Sputnik. Bir sıra xarici media orqanlarında Azərbaycanın üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.