RUSİYA

Rusiyada iki təyyarə toqquşdu, ölənlər var

Bölgənin səhiyyə komitəsindən bildirilib ki, qəzada üç nəfər ölüb. KİV və Telegram kanallarında onlardan birinin uşaq olduğu deyilsə də, bu, təsdiqini tapmayıb. 
Sputnik

BAKI, 8 yanvar - Sputnik. Rusiyanın Leninqrad vilayətində yüngülmühərrikli təyyarənin yerə çırpılması nəticəsində üç nəfər həlak olub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, qəza təyyarə Lomonosov rayonundakı "Qostilitsı" aerodromundan qalxandan az sonra baş verib. Hadisə yerinə FHN-in Ми-8 vertolyotu göndərilib.

Bölgənin səhiyyə komitəsindən bildirilib ki, qəzada üç nəfər ölüb. KİV və Telegram kanallarında onlardan birinin uşaq olduğu deyilsə də, bu, təsdiqini tapmayıb. 

FHN-in məlumatına görə, ölənlərdən biri qadındır. 

İlkin məlumata görə, yerli vaxtla 13:38-də göyərtəsində yalnız pilotun olduğu Cessna-150 təyyarəsi havaya qalxıb. Bir dəqiqə sonra ardınca digər təyyarə - Piper-28 - havalanıb. Onun göyərtəsində üç nəfər: pilot və iki sərnişin olub. 13:40-da hər iki təyyarə səmada toqquşub. 

Cessna yüngül zədələr alaraq eniş edə bilib, pilotu da salamatdır.

Leninqrad-Finlyand nəqliyyat prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.