BAKI, 8 yanvar — Sputnik. Dünyaca məşhur fotoqraf Reza Deqati növbəti dəfə işğaldan azad edilən ərazilərimizin ecazkar təbiətini və gözəlliyini tərənnüm edən foto ilə gündəmə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə fotoqraf "Twitter" hesabında paylaşım edib. Paylaşımda Şuşa şəhərinin möhtəşəm görüntüsü ilə yanaşı, Aşıq Şəmşirin şeirinə yer verilib.
Qeyd edək ki, Deqati Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb.