MƏDƏNİYYƏT

Bəxtiyar Vahabzadənin şeirləri ispan dilinə tərcümə olunub

Geniş oxucu kütləsi olan "Tecnología industrial" portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Meksikanın populyar "Tecnología industrial" (elm, sənaye və ədəbiyyat) portalı və "Más literatura" ("Daha çox ədəbiyyat") "Facebook" ədəbiyyat səhifəsi Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin ispan dilinə tərcümə edilmiş "Özümdən narazıyam", "Vətən var" şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

Sputnik Azərbaycan xəbər verir ki, şeirləri ispan dilinə Tutuxanım Yunusova tərcümə edib.

Qeyd edək ki, geniş oxucu kütləsi olan "Tecnología industrial" portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.