BAKI, 8 yanvar — Sputnik. Hər zaman cəsarətli geyimləri və imici ilə fərqlənən "Avroviziya" təmsilçilərimizdən olan Səmra Rəhimli bu dəfə də imicində dəyişiklik etdirib. Sputnik Azərbaycan xəbər verir ki, yeni tərzdə fotosessiya etdirən ifaçı şəkillərini özünün "Instagram" səhifəsində paylaşıb.
Tanınmış müğənni "Həyatım nağıllardır. Biri var, biri yox. Bu arada saçım yaraşıb? Qışı rəngarəng etmək qərarına gəldim", - şərhini yazıb.
Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.